Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Cəmiyyət
14:30 / 21.04.2024
3997
Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sfera.az bildirilib ki, aprelin 22-də əsasən gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.