Hotellərdə qiymətlər artır - VİDEO

Hotellərdə qiymətlər artır - VİDEO

Azərbaycanda 5 ulduzlu hotellərdə xidmət qiymətləri durmadan artır.

Sfera.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı 5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib.


Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 % çoxdur. Ən yüksək 5 ulduzlu otellərdə standart otaqların qiyməti isə qubadadır. Burada bir günlük gecələmək 269 manata başa gəlir.
 

Turizm üzrə ekspertlər deyirlər ki, qiymətlərin mütəmadi artmasının bir sıra səbəbləri var.
 

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, əvvəlki illərlə müqaisədə indi bəzi otellərdə xidmətlərdə dəyşikliklər və əlavələr var. Bundan başqa, rusiyalı turistlərin Türkiyəyə üz tutması oranın otellərində də qiymətləri artırıb. Bu səbəbdən rayonlardakı otellərə yerli turistlərin tələbi artıb.

 

Qeyd edilir ki, Rusiya-Ukrayna müharibəsi fonunda hələ ki, daxili otellərə tələbatın çox olması davam edəcək. Buna görə də qiymətlərin yaxın vaxtlarda enəcəyi gözlənilmir.


Mövzu ilə bağlı daha ətraflı xezerxeber.az-ın videomaterialında:
 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...