Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli oldu
18:08 / 20.04.2024
7076
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.
Sfera.az xəbər verir ki, finalda "Xəzri" və "Neftçi" klubları üz-üzə gəlib.
“Sərhədçi” İdman Mərkəzində reallaşan qarşılaşma "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 65:61.
Qeyd edək ki, ötən mövsüm "Gəncə" komandası bu titula sahib çıxıb.