TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA:

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub". 

 

Sfera.az xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu bildirib.

 

"Təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb", - məlumatda qeyd olunub.

 

Firuzə Əliyeva
 

 


OXŞAR XƏBƏRLƏR