Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.


OXŞAR XƏBƏRLƏR

Dünya Kuboku tarixindəki ən siyasi gərgin matçlar

Dünya çempionatının futboldan kənar mənası var. Çünki ölkələr öz bayraqlarını təmsil edərək bərabər şəraitdə yarışırlar. Bu rəqabət ölkələrin nə qədər zəngin ol...

Evdə qəribə varlıq tapan qadın həqiqəti öyrənəndə şoka düşdü - FOTOLAR

Böyük Britaniyanın Volverhempton şəhərindən olan bir qadın evdə gördüyü “qəribə dələ”nin tamam başqa heyvan olduğu ortaya çıxanda şoka düşüb.  ...

İsveç polisi Quranın yandırılmasına icazə verdi

İsveç polisi Quranın yandırılması ilə bağlı daha bir aksiya keçirməyə icazə verib.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, müsəlmanların müqə...

Bakıda bəy gəlini nikah masasında TƏRK ETDİ

Bakıda bəy gəlini Bakının Nizami rayonunda 2000-ci il təvəllüdlü Vüsal sevgi münasibətində olduğu Aydana (adlar şərti verilib – red.) xəsarət yetirib. ...

Bütün ailəsi narkoman idi: Üç dəfə həbsdə olan gənc hakim oldu

Üç dəfə həbsdə olan Pensilvaniyadan (ABŞ) 27 yaşlı Hənif Conson həyata təmiz səhifə ilə başlamağı bacarıb. O, ştatın ən gənc hakimi seçilib.   Sfera....

Qadınlar həyatlarının bu dönəmində daha çox depressiyaya girirlər

Yeni bir araşdırmaya görə, menopoz dövründəki qadınların hələ bu dövrə girməmiş qadınlara nisbətən depressiyaya düşmə ehtimalı təxminən yüzdə 40 daha çoxdur. ...