"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan sonra təhdid olunur.

 

Sfera.az-ın məlumatına görə, portuqaliyalı oyunçu bu barədə "Sport.es"ə açıqlamasında bildirib.

 

O, sosial şəbəkə hesablarında həyat yoldaşının və onun bətnindəki qızının təhqir edildiyini söyləyib: "Dünyaya gələcək qızımın ölümünü arzulayan şərhlər var. Təbii ki, problem yaşayacaqları üçün bunu üzümə deməyəcəklər. Uşağın ölməsini arzulamaq çox ciddi məsələdir. Məni futbolçu kimi tənqid etsinlər, amma ailəm haqqında danışmasınlar".

 

Qeyd edək ki, Kanselu PSJ ilə matçda cərimə meydançasında rəqib oyunçu Usman Dembeleyə qarşı qaydanı pozub və penaltiyə səbəb olub. Parisdəki ilk qarşılaşmada 3:2 hesabı ilə qalib gələn Kataloniya təmsilçisi turnirlə vidalaşıb.


OXŞAR XƏBƏRLƏR

Bu şəxslər pensiyaya 5 il tez çıxacaq

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib. &nb...

Uşaq Birliyinin rəhbərinin iddialarına - RƏSMİ CAVAB

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. &n...

Ərzaq məhsulları yenidən bahalaşır – RƏQƏMLƏR

Apreldə dünya üzrə ərzaq məhsullarının qiymətləri ardıcıl ikinci ay artıb.  Sfera.az xəbər verir ki, bu haqda məlumatı Birləşmiş Millətlər Təşkilatını...

Putindən ölkəsi ilə bağlı TƏKLİF: “2030-cu ilə qədər...” 

Putin 2030-cu ilə qədər büdcə planlarının müzakirəsini təklif edib.   Sfera.az bildirir ki, o, iqtisadi məsələlərlə bağlı görüş keçirib.   ...

Ərdoğan: "Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib"

Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi 9,5 milyard dollar olub.   Sfera.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib ...

Sergey Şoyqunun qızı övladının ŞƏKLİNİ PAYLAŞDI

Rusiya müdafiə naziri Sergey Şoyqunun qızı nazirin nəvəsinin fotosunu paylaşıb. Sfera.az xəbər verir ki, Rusiya Triatlon Federasiyasının prezidenti Kseniya...