Neftin qiyməti kəskin bahalaşdı
09:17 / 01.12.2016
1160
Dünya bazarlarında neftin qiyməti 9%-ə qədər bahalaşıb.
ICE London birjasında Brent markalı neft 9,11% bahalaşaraq bareli 51,63 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 8,29% bahalaşaraq 49,20 dollara satılıb.
Qeyd edək ki, OPEK-in bu gün Vyanada keçirilən sammitində təşkilata daxil olan ölkələrin ümumi neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması barədə qərar qəbul edilib.