“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.

 

Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində Şirvan elektrik şəbəkəsində də yenidənqurma və əsaslı təmir işləri görülür.

 

Şirvan şəhərində 35 kV-luq hava xətlərinin keçdiyi ərazidə dəmir dayaqlar basdırılıb və müasir tipli, izolyasiyalı kabel xətləri çəkilib. 

 

Şəhərdə 35 kV-luq 754.1, 754.2 və 756 saylı hava xətlərinin keçdiyi ərazidə Tədbirlər Planına uyğun olaraq əsaslı təmir-bərpa və yenidənqurma işləri həyata keçirilir. Həmin ərazidə həmçinin, 35 kV-luq müasir tipli yeni dayaqlar basdırılır. Təhlükəsizlik tədbirləri nəzərə alınaraq  işlər görülərkən xətlər və dayaqlar əhalinin sıx məskunlaşdığı ərazilərdən çıxarılaraq daha əlverişli ərazilərdən çəkilir. 

 

Xatırladaq ki, Şirvan şəhərinin və Hacıqabul rayonunun əksər hissələrindən keçən elektrik xətləri ötən əsrin ortalarında çəkilib. 60-70 il istismar edildiyi üçün bu xətlərin əsaslı yenidənqurmaya ehtiyacı var idi. Müasir elektrik şəbəkəsinin qurulduğu ərazilərdə sakinlər dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunurlar. 

 

Şirvan regional enerji təchizatı və satış idarəsinin (RETSİ) əhatə etdiyi şəhər və rayonlarda yenidənqurma işləri bu gün də davam etdirilir. Həmçinin, investisiya proqramına uyğun olaraq ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrin elektrik şəbəkəsi yenilənir. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı, həm də elektrik enerjisi itkilərini minimuma endirməkdir.       

 


OXŞAR XƏBƏRLƏR

Bakıda küləkli hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti bəzi yerlərdə 20-25 m/s-yə çatır.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrome...

Bu yayın qəribə trendi: Məşhurlar bu ayaqqabılara dəli olurlar

Yaz-yayın gəlişi ilə balet və meş qarışığı olan yeni ayaqqabı növü məşhurlar arasında getdikcə populyarlaşır.   Sfera.az bildirir ki, meş dabanlı aya...

Jerar Depardye cinsi qısnama ittihamı ilə mühakimə olunacaq

Aprelin 29-da cinsi qısnama və təcavüz ittihamı ilə polis tərəfindən saxlanılan 75 yaşlı fransız aktyor Jerar Depardye məhkəmə qarşısına çıxacaq. Bu məlumatı Fr...

Zürafə pilləkənlərdən itələdi: Zoopark işçisi reanimasiyaya düşdü 

27 yaşlı zoopark işçisi zürafənin pilləkənlərdən aşağı itələməsi nəticəsində beyin zədəsi ilə reanimasiyaya yerləşdirilib. Hadisə Miçiqan ştatındakı “Deer...

Nikoldan delimitasiya AÇIQLAMASI

"Ermənistan Müdafiə Nazirliyi demarkasiya olunmuş ərazilərdə sərhədləri qorumayacaq”.   Sfera.az xəbər verir ki, bunu Ermənistanın Baş naz...

Sevgilisinin bir nüsxəsini hər yerə özü ilə aparır - FOTOLAR

ABŞ-dan olan 31 yaşlı Jade Çipps hazırda 30 il həbs cəzası çəkən sevgilisi Krisisin karton surətini hər yerdə özü ilə aparır.    Sfera.az bildir...