İlk süni intellekt gözəllik yarışması KEÇİRİLƏCƏK -  5000 dollar mükafat və...

İlk süni intellekt gözəllik yarışması KEÇİRİLƏCƏK -  5000 dollar mükafat və...

Dünyanın ilk süni intellekt gözəllik yarışması keçiriləcək.

 

Sfera.az bildirir ki, “World Artificial Intelligence Creators Awards” (WAICA) süni intellekt platforması “Fanvue” ilə əməkdaşlıq çərçivəsində dünyanın ilk süni intellekt gözəllik müsabiqəsini təşkil edir.

 

Süni intellektin yaratdığı onlarla qadın model “Miss AI” titulunu almaq üçün yarışacaq. İştirakçılar öz gözəllikləri, duruşları ilə yanaşı, "Dünyanı daha yaxşı bir yerə çevirmək üçün bir xəyalınız olsaydı, bu nə olardı?", kimi suallara verdikləri cavablara, o cümlədən, texniki infrastrukturları və izləyicilərinin sayına görə qiymətləndiriləcəklər.

 

Həmçinin, süni intellekt vasitələrinin tətbiqi, əllər, gözlər kimi vizual detallar da “modellər”ə xal qazandıracaq. Müsabiqə iştirakçılarının sosial mediaya təsiri də yoxlanılacaq.

 

Yarışda birinci olan süni intellekt modelinin yaradıcısı 5000 ABŞ dolları məbləğində pul mükafatı, 3000 dollar dəyərində təlim proqramına giriş və 5000 dollardan çox dəyərində brendin təşviqi dəstəyini alacaq.

 

İkinci yeri tutan iştirakçı 500 dollar dəyərində təlimə giriş əldə edəcək, “Fanvue”dən 2000 dollarlıq promo paketi alacaq və 2000 dollar dəyərində brendin təşviqi dəstəyini qazanacaq.

 

Üçüncü yerin qalibi 500 dollar dəyərində pulsuz məsləhət, “Fanvue” platformasında 500 dollarlıq promo-paket və min dollarlıq brendin təşviqi dəstəyi almaq hüququ əldə edəcək.

 

Günay


OXŞAR XƏBƏRLƏR