\"İctimai qınaqla problemlərin həll olduğuna inanmıram\" - Emin Əmrullayev

\

“Hər il Azərbaycan məktəblərində xoşagəlməz hallar baş verir. İstərdik ki, baş verməsin, amma çox güman ki, növbəti illərdə də baş verəcək. Dünyanın bütün məktəblərində belə hadisələr olur, olub, olacaq".

 

Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün "Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə deyib.

 

O bildirib ki, yaxşı təhsil sistemində hadisə baş verdikdən sonra verilən reaksiya önəmlidir: 

 

"Bu nöqteyi-nəzərdən düşüncəmiz odur ki, prosedur önəmlidir. İnsanların emosiyaları yox, hadisədən sonra atılan addım daha vacibdir. Hadisə baş verdikdən sonra biz emosional gərginlik hiss edirik, amma bu gərginlik şagirdlərə hansı faydanı verir? Bu, ayrı sualdır. İctimai qınaqla problemlərin həll olduğuna inanmıram".


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR