Bakıda bu yol 3 gün bağlı olacaq - Sürücülərin NƏZƏRİNƏ!

Cəmiyyət
12:33 / 18.04.2024
6683
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) hərəkət məhdudlaşdırılacaq.
Sfera.az xəbər verir ki, təmir işləri ilə əlaqədar həmin ərazidə sabah saat 08:00-dan 21 aprel saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə edilib.