1,3 milyon dollar sığorta almaq üçün ayaqlarını amputasiya etdi

1,3 milyon dollar sığorta almaq üçün ayaqlarını amputasiya etdi

Tayvanda 23 yaşlı tələbə qanunsuz olaraq 1,3 milyon dollar məbləğində sığorta ödənişi əldə etmək üçün fırıldaqçılıq sxemi təşkil etməkdə şübhəli bilinir.

 

Sfera.az bildirir ki, Zhang və Liao adlı tələbələr Tayvan Cinayət Axtarış Bürosu tərəfindən həbs edilib. 

 

İş materiallarında Zhang kimi tanınan tələbə məktəb yoldaşı Liaonun məsləhətini dinləyib və ayaqlarını 10 saatdan çox buz vedrəsində saxlayıb. Bu, o qədər şiddətli donmaya səbəb olub ki, gənc oğlanın baldırının altından ikiqat amputasiyaya ehtiyac duyulub. 

 

İstintaqın müəyyən etdiyi kimi, 23 yaşlı Liao kriptovalyuta ticarətindən külli-miqdarda pul itirib. Daha sonra o, dostunu birlikdə bu fırıldaq əməli törətməyə inandırıb.


Bir sıra bədbəxt hadisələrdən sığorta alanları nəzərdə tutaraq, onlar əvvəlcə 26 yanvar 2023-cü il gecəsi Taypey ətrafında uzun müddət motosiklet sürüblər. Bununla don vurmağa nail olmayan dostlar sonra başqa üsula əl atmalı olublar.

 

Tələbə xəstəxanaya gedəndə tibb işçiləri xəstənin ayaqlarında ayaqqabı və corab izi olmayan simmetrik zədələri görərək, aldadıcılığı dərhal anlayıblar. Həm də, həmin gecə hava şəraiti təbii donmaya səbəb ola bilməzdi.

 

"Subtropik iqlimə malik Tayvanda əzaların amputasiyasına səbəb olacaq belə şiddətli donma təbii iqlimə görə mümkün deyil" - deyə ekspertlər də rəy veriblər.

 

Araşdırma zamanı polis eyni buzlu vedrəni, bir qutu quru buz, sığorta sənədləri, mobil telefonlar və planşet tapıb. Yanvarın 17-də Liao və Zhang dələduzluq və sağlamlığa ağır xəsarət yetirmə ittihamı ilə həbs ediliblər. Bir gün əvvəl tələbə sığorta şirkətlərinin birindən 7200 dollar ala bilsə də, bu pul da indi müsadirə olunacaq.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.   ...

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Əfqanıstan Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kab...