Ölən əmisini kredit almaq üçün banka apardı - FOTO

Hadisə
14:25 / 17.04.2024
4235
Braziliyada gənc qadın ölən əmisini kredit müraciəti etmək üçün banka aparıb.
Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb.
Əlil arabasında əyləşən kişinin normal görünmədiyini hiss edən bank işçiləri bu barədə polisə xəbər veriblər. Xəbərdarlıqdan sonra hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsin bir neçə saat əvvəl öldüyünü müəyyən ediblər.
Qadın polis əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Asya