"Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin rəsmi açılış mərasimi başlayıb - FOTOLAR

Bu gün "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin rəsmi açılış mərasimi keçirilir.
Sfera.az xəbər verir ki, mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, digər dövlət rəsmiləri, millət vəkilləri, təhsil ekspertləri və digər qonaqlar iştirak edir.
Tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb. Daha sonra torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Müsabiqə ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədilə keçirilir və bu çərçivədə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunması hədəflənib.
Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri ABŞ-də keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcəklər.
Firuzə Əliyeva
Fotolar: Anar Bayramlı