"Olimpiada qaliblərimiz dünyanın prestijli universitetlərinə qəbul olurlar" - Emin Əmrullayev

"2014-cü ildən etibarən təhsildə yeni sistem tətbiq olunur, artıq bu bir mexanizm formatına gəlib çıxıb".

 

Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

 

"Əvvəl yarışların şəffaf keçirilməsi üçün çalışılırdısa, artıq buna ehtiyacımız yoxdur, çünki hamısı şəffaflıqla keçirilir. 80-90 faiz hallarda olimpiada qaliblərimiz dünyanın bir çox prestijli universitetlərinə qəbul olurlar, ötən il bu, 41 nəfər idi və hər il rəqəm artır". 

 

Nazir bildirib ki, ümumilikdə bu istiqamətdə iş lisey və gimnaziyaların corğafiyasını artırmaqdır:

 

"Hər zaman yüksək nəticə göstərənlərin olduğu Sumqayıtla yanaşı, Gəncə, Quba kimi digər bölgələrdə də yüksək nəticə göstərənlər kifayət qədərdir. Bu baxımdan hər bölgədə heç olmasa 2-3 belə lisey və gimnaziyanın yaradılmasını nəzərdə tuturuq".

 

Firuzə Əliyeva

Fotolar: Anar Bayramlı

 

 


OXŞAR XƏBƏRLƏR

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...

Rusiya Mədəniyyət Nazirliyindən xəbərdarlıq: Azərbaycanlılara...

Rusiya Mədəniyyət Nazirliyi nazirlik adından Teleqram kanalları tərəfindən saxta sənədlərin yayılması ilə bağlı xəbərdarlıq edib.   Sfera.az xəb...

Baş nazir imzaladı: Bu şəxslərə 6 min manat ödəniləcək

Baş nazir Əli Əsədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Q...

Trampla Putin telefonla danışır

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp hazırda telefon danışığı aparırlar.   Sfera.az xəbər verir ki, bunu Rusiya liderinin mətbu...

"Sputnik-Azərbaycan" işinə görə beş nəfər polis nəzarətinə verilib

"Sputnik-Azərbaycan" işinə görə istintaqa cəlb olunan beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.   Sfera.az-ın məlumatına...

Bu, qırğız xalqının qəlbindən gələn köməkdir - Prezident

Bu gün Qarabağın, Şərqi Zəngəzurun dirçəldiyi, infrastruktur obyektlərinin, evlərin, ictimai binaların tikildiyi bir vaxtda, ilk növbədə, hər bir layihədə məktə...