Cennifer Lopez bacılarını göstərdi - FOTO

Cennifer Lopez bacılarını göstərdi - FOTO

54 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopez bacıları ilə nadir fotosunu nümayiş etdirib. 

 

Sfera.az bildirir ki, Cennifer Lopez ailə fotosunu İnstaqram səhifəsində yerləşdirib.

 

Sənətçinin böyük bacısı Leslinin 56 yaşı var, məktəbdə musiqi müəlliməsidir. J.Lo-nun kiçik bacısı Lindanın 52 yaşı var. O, jurnalist işləyir.

 

 

Amerikalı müğənni şəklini  "Bacılar" başlığı ilə paylaşıb.

 

Qeyd edək ki, Cennifer Lopez Nyu York şəhərinin işsizlik və cinayət nisbəti yüksək olan Bronks məhəlləsində Puerto Rikolu ailədə anadan olub. Müğənninin anası Quadalupe uşaq bağçasında müəllim işləyib, atası David isə iş adamı olub. 

 

J.Lo özü müğənni Mark Entonidən iki uşaq anasıdır. Maks adlı oğlu və Emma adlı bir qızı var. Müğənni Mark Entonidən ayrıldıqdan sonra əvvəlki sevgisi Ben Affleklə evlənib.

 

Ben Afflekin də əvvəlki evliliyindən övladları var. Onun aktrisa Cennifer Qarnerdən Violet, Serafina adlı qızları və Samuel adlı oğlu var.

Yeri gəlmişkən, Afflekin qızı Serafina kişi kostyumunda görünüb və yeni adını açıqlayıb. 

 

Son bir neçə ildir ki, Serafina Rose (Rouz) kişi paltarı geyinirdi, lakin indi daha dramatik açıqlamalar verib. Ben Afflekin 15 yaşlı qızı bu dəfə ictimaiyyət qarşısına tamamilə fərqli obrazda çıxıb və özünü oğlan kimi tanıdıb.

 

Cennifer Qarnerin babası Uilyam Cek Qarnerin anım mərasimində Serafina kişi kostyumunda, qısa saç düzümü ilə görünüb və özünü Fin adlandırıb. O, kilsədə Müqəddəs Kitabdan ayə də oxuyub.

Qeyd edək ki, Cennifer Lopezin 16 yaşlı qızı Emma Maribel Muniz də neytral cins əvəzliklərindən istifadə edir. O, Finlə özünü ögey qardaş kimi təqdim edir. Onlar bu yaxınlarda Ben Affleklə birlikdə Los-Anceles küçələrində birlikdə şəkil də çəkdiriblər.

 

Serafina illərdir oğlan saç düzümü kəsdirir və mütəmadi olaraq kişi geyimində fotosessiyaya çəkilir.

 

İndi isə fərdiliyini tapmağa və əsl cinsini təyin etməyə çalışan təkcə Fin deyil. Lopezin qızı


Emma da açıq şəkildə ictimaiyyət qarşısına oğlan geyimlərində çıxır.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...

Rusiya Mədəniyyət Nazirliyindən xəbərdarlıq: Azərbaycanlılara...

Rusiya Mədəniyyət Nazirliyi nazirlik adından Teleqram kanalları tərəfindən saxta sənədlərin yayılması ilə bağlı xəbərdarlıq edib.   Sfera.az xəb...

Baş nazir imzaladı: Bu şəxslərə 6 min manat ödəniləcək

Baş nazir Əli Əsədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Q...

Trampla Putin telefonla danışır

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp hazırda telefon danışığı aparırlar.   Sfera.az xəbər verir ki, bunu Rusiya liderinin mətbu...

"Sputnik-Azərbaycan" işinə görə beş nəfər polis nəzarətinə verilib

"Sputnik-Azərbaycan" işinə görə istintaqa cəlb olunan beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.   Sfera.az-ın məlumatına...

Bu, qırğız xalqının qəlbindən gələn köməkdir - Prezident

Bu gün Qarabağın, Şərqi Zəngəzurun dirçəldiyi, infrastruktur obyektlərinin, evlərin, ictimai binaların tikildiyi bir vaxtda, ilk növbədə, hər bir layihədə məktə...