Olaf Şolz Cozef Borreli tənqid etdi

Almaniya kansleri Olaf Şolz və onun avstriyalı həmkarı Karl Nehamer Aİ diplomatik xidmətinin rəhbəri Cozef Borreli İsrail əleyhinə dediyi sözlərə görə tənqid ediblər.
Sfera.az bildirir ki, bu barədə diplomatik dairələrdəki iki anonim mənbəyə istinadən "Politico" xəbər yayıb.
Mart ayında keçirilən AB sammitində Almaniya və Avstriya kansleri Borrelli Qəzza ilə bağlı siyasətinə görə tənqid ediblər, baxmayaraq ki, onlar açıq şəkildə Yaxın Şərqdə atəşkəs çağırışı ilə razılaşıblar.
“Siz Almaniya və Avstriya adından Qəzza zolağındakı vəziyyətlə bağlı danışmırsınız, bu, iki Avropa ölkəsinin liderlərinin İsrail və HƏMAS arasındakı müharibə ilə bağlı qızğın müzakirə zamanı Aİ-nin baş diplomatına verdikləri mesajdır ",-nəşr qeyd edib.
Şolz və Nehamerin hiddəti ondan irəli gəlir ki, Avropa diplomatiyasının rəhbəri münaqişədə ayrıca mövqe tutmaqdansa, vasitəçi kimi çıxış etməli və icmanın mövqelərini birləşdirməlidir.
Bundan əlavə, Almaniya və Avstriya hökumət başçılarının qiymətləndirməsinin Borelə qarşı kifayət qədər sərt olduğu və digər Aİ ölkələrinin siyasətçilərinin iştirakı ilə edildiyi bildirilir.
İnci
Sfera.az