"Ukrayna NATO-ya üzv olmamalıdır" - Alyans üzvü olan daha bir dövlət ETİRAZ ETDİ

“Slovakiya Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmasına razı deyil”.

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Robert Fiko mətbuat konfransında bildirib.

 

“Ukrayna NATO-ya daxil olmaq istədiyini deyə bilər. Bu, onların öz qərarıdır. Biz isə deyirik ki, Ukraynanın NATO-ya qəbulu ilə bağlı sənədləri parlamentdə ratifikasiya etməyəcəyik, çünki Slovakiyanın neytral Ukraynaya ehtiyacı var. Əgər Ukrayna NATO-ya üzv olarsa, Slovakiyanın maraqları təhlükə altına düşəcək”, - R.Fiko deyib.

 

Qeyd edək ki, Slovakiya Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyir. Robert Fiko bildirib ki, Brüssel və Kiyevin bu proseslə bağlı danışıqlara mümkün qədər tez başlayacağına ümid edir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Qəzzada hakimiyyət kimdə olacaq? - AÇIQLAMA

İsrailin HƏMAS-ı Qəzza zolağından tamamilə çıxarmaq məqsədilə apardığı hərbi əməliyyatlar fonunda bölgənin gələcək idarəçiliyinin kimə və necə veriləcəyi beynəl...

Attestata səhv qiymət yazan direktor cəzalandırıldı

Ağsu rayon Dilman kənd tam orta məktəbinin direktoru cəzalandırılıb.   Sfera.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, buna sə...

Bu tarixdə ilin ən qısa gününü yaşayacağıq

Alimlər Yer kürəsinin fırlanma sürətinin gözlənilmədən artdığını açıqlayıblar. Bu, yaxın həftələrdə tarixin ən qısa gününün yaşanmasına səbəb ola bilər. &nbs...

Baş naziri öldürən, soyqırım iddiası yayan və... - Ləğv olmuş TERROR TƏŞKİLATLARI

Xəbər verdiyimiz kimi, Tam adı Kürdüstan Fəhlə Partiyası olan PKK 2025-ci ilin iyulunda özünü rəsmən buraxaraq, silahı yerə qoyacağını elan edib. &...

Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı ...

Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında memorandum imzalandı - FOTOLAR

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev ədliyyə naziri Fərid Əhmədovla görüşüb.   Sfera.az xəbər verir ki, görüş ...