Aprel çağırışı davam edir - FOTOLAR

Aprel çağırışı davam edir - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmasının, bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin uğurla icra edildiyini iştirakçıların diqqətinə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına uyğun olaraq çağırışçıların qoşun növləri üzrə bölgüsünün həyata keçirildiyini, onların təyin olunduqları hərbi hissələrə göndərilməsi prosesinin davam etdiyini bildirib. 

 

Mərkəzi Çağırış Komissiyasının iclasında Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə görülən işlər müzakirə olunub. 

 

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

 

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyası vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarəti həyata keçirir.  Komissiyaya aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri daxildir.

 


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...