Həkimdən bu şəxslərə XƏBƏRDARLIQ! - “Kişilər 45, qadınlar isə 55 yaşdan sonra..." 

Həkimdən bu şəxslərə XƏBƏRDARLIQ! - “Kişilər 45, qadınlar isə 55 yaşdan sonra...

“Kişilərin 45, qadınların isə 55 yaşdan sonra ildə bir dəfə kardioloji “check-up” müayinəsindən keçməsi tövsiyə olunur”.

 

Sfera.az bildirir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitunun həkim kardioloqu Leyla Quliyeva deyib. Mütəxəssis qeyd edib ki, yaxın qohumlardan hər hansı biri miokard infarktı, angioplastika və ya aorta koronar şuntlama əməliyyatı keçiribsə, o zaman belə şəxslər diqqətli olmalıdırlar. Kardioloqun sözlərinə görə, irsi faktor risklərin 20-25%-i təşkil edir, 75-80% digər risk faktorlarının payına düşür:

 

“Digər risk faktorlarına isə sağlam olmayan qidalanma, piylənmə, şəkər xəstəliyi, qanda xolestrolun çoxluğu, siqarət, arterial hipertenziya, hərəkətsizlik, stress aiddir. Bu amillər tək səbəb deyil, onların bəziləri birlikdə xəstəliyə səbəb olur. Ona görə də irsi faktor varsa və bununla yanaşı insulin dirənci, artıq çəki, xolestrol yüksəkdirsə, diqqətli olmaq lazımdır. Əvvəllər miokard infarktı kişilərin xəstəliyi hesab olunurdu. Ümumiyyətlə, xəstəliyin 45 yaşlı kişilərdə rastgəlmə tezliyi eyni yaşlı qadınlara nisbətən çoxdur. Qadınlar 55-60 yaşlarında menopauzadan sonra bu fərqi bərabərləşdirir. Hormonal disbalans səbəbindən artıq çəki, arterial hipertenziya ürək-damar riskini artırır. Yəni kişilər və qadınlar arasında ürək-damar xəstəliklərinin rast gəlmə tezliyi bu yaş kateqoriyasında bərabərləşir. Ona görə də, ildə 1 dəfə 45 yaşından sonra kişilərin, 55-60 yaşından sonra qadınların kardioloji “check-up” müayinəsindən keçməsi məsləhətdir”.

 

L.Quliyeva bildirib ki, gün ərzində 5-6 badam həm ürək-damar, həm də yaddaş pozğunluqlarında əvəzolunmaz qidadır:

 

“Eyni zamanda, çia toxumları mikronutrientlər və xüsusi növ Omeqa-3 ilə zəngindir. Bu da ürək-damar xəstəlikləri riskini azaldır. Balqabağın tərkibində olan kalsium və maqnezium ürək əzələlərini gücləndirir və qan təzyiqini aşağı salır. Balqabaq toxumu ürək-damar xəstəliklərinin qarşısını alır. Zeytun yağı koronar damarları qoruyur və gücləndirir, ürəyin düzgün işləməsini təmin edir və infarkt riskini azaldır. Bundan əlavə, zeytun yağı xolesterini, LDL (Aşağı sıxlıqlı lipoproteinlər), triqliseridlərin qandakı səviyyəsini azaldır. Sarımsaq tərkibindəki kversetin molekullarının hesabına damar tutulmaları, xolesterinin səviyyəsinin endirilməsində çox qiymətlidir. Eyni zamanda, pomidorun tərkibində olan likopen damar tutulmalarının qarşısını alır”.

 

Həkim kardioloq həmçinin oturaq həyatın fəsadlarından da söz açıb. O vurğulayıb ki, oturaq həyat tərzi də gündə 1 qutu siqaret çəkməyə bərabər ola bilər:

 

“Aktiv həyat tərzi qan dövranını yaxşılaşdırır, toxumaları qan və oksigenlə zənginləşdirir, dərini gözəlləşdirir. Həmçinin, kaloriləri yandırır, yağları əridir, metobalizmi sürətləndirir, sağlam qidalanma ilə birgə olarsa arıqladır. Bundan əlavə, fiziki aktivlik 30 yaşından sonra azalmaya başlayan əzələ kütləsini qoruyur, elastiklik və hərəkət qabiliyyətini artırır, sümükləri gücləndirir, osteoparoza qarşı qoruyur. Eyni zamanda, insulinə həssaslığı artırır, insulin dirəncini qırır, pis xolesterin (LDL) və triqliseridləri azaldır, yaxşı xolesterin (HDL) səviyyəsini artırır, beyində xoşbəxtlik hormonlarını artıraraq stressi azaldır, təzyiqin stabil qalmasına kömək edir, ürək-damar xəstəliklərindən qoruyur, qocalmanı ləngidir. Bu qədər faydanı heç bir pəhriz və heç bir dərmandan almaq mümkün deyil. Aktiv hərəkətlərdən ən praktik olanı piyada gəzmək və üzməkdir. Hər insan özünə uyğun idman növünə gündəlik 30 dəqiqə ayırmalıdır. Demək olar ki, bütün müasir smartfonlarda və “ağıllı” saatlarda addım sayan proqramlar var. Gündəlik 10 min addım ürək-damar xəstəliklərinin, şəkər, arterial hipertenziya riskini azaldır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...