Bu klublar Qurban Qurbanovla MARAQLANIR: "Mütəxəssislə təmas olub, yaxın günlərdə..."

Bu klublar Qurban Qurbanovla MARAQLANIR:

Bu mövsüm Avropa Liqasındakı uğurlu çıxış "Qarabağ"ın diqqət mərkəzinə düşməsinə səbəb olub.

 

Sfera.az Offsideplus.az-a istinadən xəbər verir ki, "köhlən atlar"ın həm futbolçularına, həm də baş məşqçisi Qurban Qurbanova böyük maraq var.

 

Agent Emil Şükürov sayta açıqlamasında bildirib ki, Qurban Qurbanovla 2 klub yaxından maraqlanır. 

 

"Qurban Qurbanovun adı 2 klubun "short-list"ində yer alıb. Söhbət "Beşiktaş" və "Spartak"dan gedir. İstanbul təmsilçisi artıq mütəxəssislə təmasa keçib. Moskva klubunun yaxın günlərdə rəsmi təklif göndərəcəyi gözlənilir. "Spartak"ın sponsoru Vahid Ələkbərovun Qurban Qurbanovun namizədliyinə isti yanaşdığı bildirilir" - Emil Şükürov qeyd edib.


OXŞAR XƏBƏRLƏR