İşsizlikdən icbari sığorta sistemi yaradılacaq
Cəmiyyət
13:00 / 30.11.2016
804
"Bundan sonra da sosial siyasət diqqət mərkəzində saxlanılacaq və məşğulluğun təmini əsas hədəf olaraq qalacaq. İşsizlikdən icbari sığorta sistemi yaradılacaq”.
Sfera.az xəbər verir ki, bunu 2017-ci ilin dövlət büdcəsi layihəsinin parlamentdə komitələrin birgə iclası zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Nazir müavini bildirib ki, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi Dövlət Məşğulluq Xidmətinin əsas prioritetlərini təşkil edəcək.
S.Həsənova qeyd edib ki, ipəkçiliyin və pambıqçılığın inkişafı üçün 13-ə yaxın xüsusi proqram hazırlanır: "Bunların əmək tutumluğunu nəzərə alaraq, ölkədə məşğulluğun artırılmasına öz töhfəsini verəcəyini gözləyirik".
Onun sözlərinə görə, 2017-də iqtisadi artımın 1%, növbəti illərdə 2%-dən yuxarı artacağı proqnozlaşdırlıb: "Hasilatın aşağı salınması ilə neft sektorunun 2,1% azalacağı, qeyri-neft sektorunun 2,5% artımı nəzərdə tutulub”.