MAQATE baş direktorundan Zaporojye AES-lə bağlı HƏYƏCAN TƏBİLİ: "Hər an..."

MAQATE baş direktorundan Zaporojye AES-lə bağlı HƏYƏCAN TƏBİLİ:

“Zaporojye atom elektrik stansiyasına (ZNPP) olan son hücumlar stansiyanın təhlükəsizliyinə görə riskləri azaltmaq üçün razılaşdırılmış prinsiplərdən birini pozur”.

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

 

“Son 10 gün ərzində bu prinsiplərdən birincisi dəfələrlə pozulub ki, bu da stansiyada nüvə təhlükəsizliyi və mühafizəsi üçün riskin artması deməkdir”.

 

Qrossi Təhlükəsizlik Şurasına xatırladıb ki, keçən il nüvə insidentinin qarşısını almaq üçün Zaporojye AES-də təhlükəsizliyin təmin edilməsi prinsiplərini açıqlayıb və Rusiya ilə Ukraynanı onlara riayət etməyə çağırıb. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının üzvləri və Ukrayna bu prinsipləri aydın şəkildə dəstəkləyir.

 

Qrossi əlavə edib ki, Zaporojye AES-də hələ də nüvə qəzası baş verə bilər:

 

“Hazırda stansiyanın altı reaktoru təhlükəyə qarşı hazır vəziyyətdə olsa belə, böyük nüvə qəzasının potensial təhlükələri real olaraq qalır. Biz nüvə qəzasının baş verməsinə çox yaxınıq. Qəza riskini minimuma endirmək üçün bu gün əlimizdən gələni etməliyik".

 

Qrossi həmçinin qeyd edib ki, agentlik Atom Elektrik Stansiyasına edilən son hücumlara görə kimin məsuliyyət daşıdığını təkzibedilməz dəlilləri olmayana qədər deməyəcək.


 
Agentliyin baş direktoru bildirib ki, MAQATE aprelin 16-da Zaporojye AES-də öz işçilərinin növbəti rotasiyasını həyata keçirəcək.

 

Xatırladaq ki, 2023-cü ilin mayında Qrossi BMT Təhlükəsizlik Şurasının Zaporojye AES-də təhlükəsizliyin təmin edilməsinin beş prinsipini dəstəkləməsini təklif edib:

 

AES-dən və ya ona qarşı heç bir hücum olmamalıdır

 

ZNPP zavodunda hücum üçün istifadə edilə bilən ağır silahlar, hərbi personal saxlanmamalı və ya baza kimi istifadə edilməməlidir

 

Stansiyadan kənar elektrik enerjisi riskə atılmamalıdır

 

ZNPP-nin təhlükəsiz istismarı üçün vacib olan bütün strukturlar və sistemlər hücumlardan və ya təxribat aktlarından qorunmalıdır;

 

Bu prinsipləri pozan heç bir addım atılmamalıdır.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Baş naziri öldürən, soyqırım iddiası yayan və... - Ləğv olmuş TERROR TƏŞKİLATLARI

Xəbər verdiyimiz kimi, Tam adı Kürdüstan Fəhlə Partiyası olan PKK 2025-ci ilin iyulunda özünü rəsmən buraxaraq, silahı yerə qoyacağını elan edib. &...

Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı ...

Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında memorandum imzalandı - FOTOLAR

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev ədliyyə naziri Fərid Əhmədovla görüşüb.   Sfera.az xəbər verir ki, görüş ...

Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda qardaş qardaşı qətlə yetirib.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə iyulun 3-də səhər saatlarında paytaxtın Binəqədi ray...

İlham Əliyevlə Paşinyan Dubayda görüşəcək?

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iyulun sonunda Dubayda görüşü planlaşdırılır.   Sfera.az xəbər ve...

"Azərbaycanla Rusiyanın münasibətlərini bu ölkə pozdu" - İDDİA

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıy...