İrandan SƏRT XƏBƏRDARLIQ: “Saniyələr ərzində zərbə endirəcəyik!”

İrandan SƏRT XƏBƏRDARLIQ: “Saniyələr ərzində zərbə endirəcəyik!”

“İsrail İrana hücum etməyə cəhd edərsə, Tehran saniyələr ərzində cavab verəcək”.

 

Sfera.az bildirir ki, bunu İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani deyib. Bu barədə IRNA agentliyi məlumat yayıb.

 

Qurum rəsmisi fikirlərini bu cür ifadə edib:

 

“Əgər İsrail İran torpağına toxunmağa cəhd etsə, əvvəlki ilə müqayisədə mütləq daha güclü zərbə alacaq. Təl-Əviv növbəti səhvə yol verərsə, cavab güclü və dərhal olacaq. Günlərlə, saatlarla deyil, saniyələrlə ölçüləcək”.

 

 

Xarici işlər nazirinin müavini aprelin 1-də İranın Suriyadakı səfirliyinin konsulluq şöbəsinə endirilən zərbəni İsrailin “strateji səhvi” adlandırıb:

 

“Bu səbəbdən Tehran İsrail ərazisində İranın müdafiə qabiliyyətini və hərbi potensialını yoxlamaq üçün əməliyyat keçirməyə qərar verib”.

 

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani qeyd edib ki, Tehran Yaxın Şərqdə eskalasiyaya can atmır, lakin respublikaya qarşı hər hansı qeyri-qanuni və irrasional hərəkətlərə cavab vermək niyyətindədir.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərin pensiya ödənişi DAYANDIRILACAQ - Qonşu ölkədə...

Rusiyada pensiya ödənişlərinin müvəqqəti və ya tamamilə dayandırılması hallarına dair yeni xəbərdarlıq edilib.   Qaydalara əsasən, bu, 400-FZ saylı Q...

Rusiyadakı səfirlikdən Cəmalə Mirzəyeva ilə bağlı AÇIQLAMA

Azərbaycanın Rusiyadakı səfirliyi tanınmış aktyor və rejissor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın naməlum taleyi haqqında bir sıra media orqanlarında yer...

Məktəblərdə rus bölməsi üzrə qəbul prosesi yekunlaşdı

“2025-2026-cı tədris ili üçün rus dili bölməsi üzrə birinci sinfə qəbul göstəriciləri əvvəlki illərlə müqayisədə dəyişməyib”.   Sfera.az&...

Onkoloji xəstəliklə necə mübarizə aparmasından danışdı

Onkoloji xəstəlikdən əziyyət çəkən müğənni Sevda Əliqızı xəstəliklə necə mübarizə aparmasından danışıb.    Sfera.az xəbər verir ki, sənətçi &quo...

Nazir məktəb direktoruna yüksək vəzifə verdi

Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon təhsil sektoruna yeni müdir təyinatı olub.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir ...

“Qarabağ”ın bugünkü oyununa nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”la İrlandiyanın “Şelburn” komandaları arasında keçiriləcək cavab matçına...