Masazırda evdən 85 min manatlıq qızıl OĞURLANDI
Hadisə
11:02 / 16.04.2024
3488
Masazır qəsəbəsində evdən oğurluq edilib.
Sfera.az DİN-ə istinadən xəbər verir ki, aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8900 manat pul və 85000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Abbas Tağıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.