Şüvəlanda yol qəzası - xəsarət alanlar var
Hadisə
10:07 / 16.04.2024
3260
Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, Şüvəlan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Şükürov Ramil İxtiyar oğlu, 2006-cı il təvəllüdlü Hüseynzadə Əliabbas Ağa oğlu və həmyaşıdı Əlizadə Naib Oktay oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.