"Rusiya bu ölkələrlə əməkdaşlığı gücləndirəcək" - Lavrov

Siyasət
15:40 / 15.04.2024
6476
“Rusiya BMT Nizamnaməsinin prinsiplərinə sadiq olan və xalqların öz müqəddəratını təyin etmək hüququna hörməti müdafiə edən Qlobal Cənub və Şərq ölkələri ilə bütün sahələrdə əlaqələri gücləndirməyə davam edəcək”.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Rusiya daha ədalətli çoxqütblü dünya nizamının formalaşması üçün vacib ilkin şərt olan beynəlxalq ünsiyyətin hüquqi və mənəvi prinsiplərinin gücləndirilməsi istiqamətində intensiv səylərini davam etdirir", - nazir bildirib.
Firuzə Əliyeva