Bu il mənzil bazarında vəziyyət necədir? - RƏSMİ

Cəmiyyət
15:00 / 15.04.2024
4467
Azərbaycanın mənzil bazarında 2023-cü ildə olduğu kimi 2024-cü ildə də qiymət artımları davam edir.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk rübündə mənzil bazarında qiymətlər 2023-cü ilin son rübü ilə müqayisədə 2,2 faiz artıb.
Müqayisə göstərir ki, qiymət artımı ilkin bazarda daha yüksək olub. İlkin bazarda qiymətlər 3,1 faiz, təkrar bazarda 2,2 faiz artıb.
İllik müqayisədə isə qiymətlər 8,1 faiz yüksəlib. Son bir ildə təkrar bazarda qiymətlərin daha çox artması müşahidə olunub.
Vasif