Qeyri neft-qaz sektorunun iqtisadiyyatda payı rekord həddə çatdı – MÜQAYİSƏ

Qeyri neft-qaz sektorunun iqtisadiyyatda payı rekord həddə çatdı – MÜQAYİSƏ

Azərbaycan iqtisadiyyatında qeyri neft-qaz sektorunun payı 2016-cı ildən sonra ən yüksək səviyyəyə çatıb. 


Sfera.az xatırladır ki, 2016-cı ilin birinci rübündə ümumi daxili məhsul (ÜDM) istehsalının 65 faizi qeyri neft-qaz sahələrinin payına düşmüşdü. Sonrakı illərdə ÜDM-də qeyri neft-qaz sektorunun payı azalaraq bəzi illərdə hətta 50 faizdən də aşağı düşdü. 


2024-cü ilin birinci rübündə ÜDM-də qeyri neft-qaz sektorunun payı artaraq 65 faizə yaxınlaşıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, birinci rübdə qeyri neft-qaz sektorunda 18,7 milyard manatlıq əlavə dəyər yaradılıb ki, bu da cəmi ÜDM istehsalının 64,3 faizini təşkil edib. 


2016-cı ildən fərqli olaraq bu il qeyri neft-qaz sektorunun ÜDM-də payının yüksək olması neftin ucuzlaşması ilə bağlı olmayıb. Səkkiz il əvvəl isə neft qiymətləri kəskin şəkildə azaldığından neft-qaz sektorunda yaradılan əlavə dəyər kəskin azalıb və bu, qeyri neft-qaz sektorunun payının artmasına şərait yaradıb. Eyni hal 2020-ci ildə də müşahidə edilib. 2020-ci ildə qeyri neft-qaz sektorunun payı 63,3 faiz olub.


2024-cü ilin birinci rübündə isə neft və qaz qiymətlərinin yüksək olmasına baxmayaraq, qeyri neft-qaz sektorunun ÜDM-də payı artıb. Buna səbəb həm neft istehsalının azalması, həm də qeyri neft-qaz sektorunda istehsal dəyərinin artması ilə əlaqədardır. 


Nəzərə alsaq ki, Azərbaycanda 2027-ci ilə qədər neft hasilatı azalacaq, qaz hasilatı isə qismən artacaq, bu şərtlərlə qarşıdakı illərdə ÜDM istehsalında qeyri neft-qaz sektorunun payının bir qədər də artması ehtimalı yüksəkdir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Axtarışda olan kişi Azərbaycana gətirildi

Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Süleymanov Elnur Qüdrət oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.   Bu barədə ...

"Qarabağ" və "Şelburn" komandalarının start heyətləri

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Qarabağ"la İrlandiyanın "Şelburn" komandası arasında keçiriləcək cavab oyunu üçün...

Üzərlik bu ölkələrdə qadağan imiş, tərkibində “psixoaktiv” maddə var

Son zamanlar bəzi ölkələrin hüquq mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması halları a...

Bu şəxslərin pensiya ödənişi DAYANDIRILACAQ - Qonşu ölkədə...

Rusiyada pensiya ödənişlərinin müvəqqəti və ya tamamilə dayandırılması hallarına dair yeni xəbərdarlıq edilib.   Qaydalara əsasən, bu, 400-FZ saylı Q...

Rusiyadakı səfirlikdən Cəmalə Mirzəyeva ilə bağlı AÇIQLAMA

Azərbaycanın Rusiyadakı səfirliyi tanınmış aktyor və rejissor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın naməlum taleyi haqqında bir sıra media orqanlarında yer...

Məktəblərdə rus bölməsi üzrə qəbul prosesi yekunlaşdı

“2025-2026-cı tədris ili üçün rus dili bölməsi üzrə birinci sinfə qəbul göstəriciləri əvvəlki illərlə müqayisədə dəyişməyib”.   Sfera.az&...