Britaniya Ermənistan daxil olmaqla 4 dövlətlə danışıqlar aparır - SƏBƏB

Böyük Britaniya Ermənistan, Botsvana, Kot-d'İvuar və Kosta-Rika ilə ölkədən qovulan qeyri-qanuni miqrantların qəbulu məsələsi ilə bağlı danışıqlar aparır.
Sfera.az “The Times”a istinadən xəbər verir ki, London bu dövlətlərlə Ruanda ilə imzalanmış müqaviləyə oxşar müqavilələr bağlamağa çalışır.
Belə ki, bu razılaşma çərçivəsində Böyük Britaniyadan deportasiya edilən qeyri-qanuni mühacirlərə Ruandadan sığınacaq istəmə imkanı verilir. İrəvanla danışıqlar sentyabrda Böyük Britaniyanın xarici işlər nazirinin müavini Leo Doçertinin Ermənistana səfərindən sonra başlayıb.
Britaniya hökuməti ilk növbədə Albaniya, Əfqanıstan, İraq, İran və Suriyadan olan sığınacaq tələb edən miqrantların problemini həll etməyə ümid edir. Onların miqrasiya mərkəzlərində saxlanması vergi ödəyicilərinə təxminən 4 milyard funt-sterlinqə başa gəlir. London ümid edir ki, Ruanda və ya Ermənistanda sığınacaq qərarını gözləmək qeyri-qanuni immiqrasiyanı daha az cəlbedici edəcək.
2018-ci ildən bəri La-Manş boğazı ilə gələn 100 000-dən çox insan Böyük Britaniyadan sığınacaq tələb edib. Hazırda sığınacaq üçün 175 mindən çox müraciət var. Qaçqınların müvəqqəti yerləşdirildiyi miqrasiya mərkəzlərindəki şərait yer çatışmazlığı səbəbindən çox arzuolunmaz hala gəlib.
Əzizə