Bələdiyyə vergilərinin yarıdan çoxu Bakıda toplanır – RƏQƏMLƏR

Bələdiyyə vergilərinin yarıdan çoxu Bakıda toplanır – RƏQƏMLƏR

Azərbaycan bələdiyyələrinin gəlilərində vergilərin payı azdır. Bunun səbəbi Bakı və Abşeron rayonunda yerləşən bələdiyyələr istisna olmaqla digər rayon və şəhər bələdiyyələrinin gəlirlərində vergilərin məbləğinin və payının çox az olmasıdır. 


Sfera.az xəbər verir ki, Azərbaycan bələdiyyələrinin 2023-cü ildəki gəlirinin (54,5 milyon manat) təxminən 42 faizi, yəni 22,7 milyon manatı vergilər hesabına təmin edilib.


Məlumatların təhlili göstərir ki, vergilər hesabına toplanan vəsaitin yarıdan çox hissəsi Bakının payına düşür. Bakıda 11,9 milyon manat vergi toplanıb ki, bu da cəmi vergi gəlirlərinin 52,4 faizidir. 


Paytaxt bələdiyyələrinin ölkə üzrə bələdiyyə gəlirlərində payının (30 faiz) az olmasına baxmayaraq, toplanan vergilərdə xüsusi çəkisi daha yüksəkdir. Bakıda daha çox verginin toplanması hesabına paytaxt bələdiyyələrinin ümumi gəlirində vergilərin payı 72 faizə çatıb. 


Əslində bələdiyyələrin gəlirində vergilərin payı daha yüksək olmalıdır. Lakin ölkəmizdə bələdiyyələr yerli əhəmiyyətli vergiləri (fiziki şəxslərin torpaq və fiziki şəxslərdən əmlak vergisi) toplamaqda çətinlik çəkirlər. Vergilərin toplanması sahəsində intizam yalnız Bakıda və qismən Abşeron rayonunda təmin olunub. Digər yaşayış məntəqələrində isə bələdiyyələr əsasən topaq satmaq və əmlakı icarəyə verməklə gəlir əldə edirlər. 


Bakıdan başqa digər iri yaşayış məntəqələrində vergilərin payı çox azdır. 


Sumqayıtda gəlirlərin 26 faizi (414 min manat), Gəncədə isə 39 faizi (619 min manat) vergilər hesabına əldə olunub. 


Bakıdan kənarda ən yüksək vergi gəliri olan bələdiyyələr isə Abşeron rayonunda yerləşir. Abşeronda bələdiyyələrin vergi gəliri 1,66 milyon manat olmaqla rayondakı yerli gəlirin 45,5 faizini formalaşdırıb. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

"Qarabağ" və "Şelburn" komandalarının start heyətləri

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Qarabağ"la İrlandiyanın "Şelburn" komandası arasında keçiriləcək cavab oyunu üçün...

Üzərlik bu ölkələrdə qadağan imiş, tərkibində “psixoaktiv” maddə var

Son zamanlar bəzi ölkələrin hüquq mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması halları a...

Bu şəxslərin pensiya ödənişi DAYANDIRILACAQ - Qonşu ölkədə...

Rusiyada pensiya ödənişlərinin müvəqqəti və ya tamamilə dayandırılması hallarına dair yeni xəbərdarlıq edilib.   Qaydalara əsasən, bu, 400-FZ saylı Q...

Rusiyadakı səfirlikdən Cəmalə Mirzəyeva ilə bağlı AÇIQLAMA

Azərbaycanın Rusiyadakı səfirliyi tanınmış aktyor və rejissor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın naməlum taleyi haqqında bir sıra media orqanlarında yer...

Məktəblərdə rus bölməsi üzrə qəbul prosesi yekunlaşdı

“2025-2026-cı tədris ili üçün rus dili bölməsi üzrə birinci sinfə qəbul göstəriciləri əvvəlki illərlə müqayisədə dəyişməyib”.   Sfera.az&...

Onkoloji xəstəliklə necə mübarizə aparmasından danışdı

Onkoloji xəstəlikdən əziyyət çəkən müğənni Sevda Əliqızı xəstəliklə necə mübarizə aparmasından danışıb.    Sfera.az xəbər verir ki, sənətçi &quo...