Nyu-York rəhbərliyi siçovulların öldürülməsinə qarşı maraqlı üsul TAPDI

Nyu-York rəhbərliyi siçovulların öldürülməsinə qarşı maraqlı üsul TAPDI

Nyu-York rəhbərliyi şəhərdəki siçovulların və digər gəmiricilərin populyasiyasına qarşı humanist üsul təklif edib.


Sfera.az “The Independent”ə istinadən xəbər verir ki, Nyu-Yorkda kontrasepsiya (arzuolunmaz hamiləliyin qarşısının alınması) zəhər və yapışqan tələlərə alternativ kimi nəzərdən keçirilir.

 

Şəhər rəhbərliyi siçovullara qarşı kontraseptivlərdən istifadə fikrinə ötən il zooparkdan qaçan bayquş Flaconun başına gələn qəzadan və onun bədənində siçovul zəhərinin tapılmasından sonra gəlib. Belə ki, Nyu-York Şəhər Şurasının üzvü Sean Abreu  kontrasepsiyadan istifadə edərək metro stansiyalarında və boş ərazilərdə yaşayan milyonlarla siçovulların populyasiyasına nəzarət etmək üçün pilot proqram yaratmağı təklif edib.

 

"ContraPest" adlanan kontraseptiv duzlu, yağlı qranullar şəklində olur və siçovulların çox olduğu ərazilərə yem kimi atılır. Bu, dişi siçanlarda yumurtalıqların funksiyasına təsir edir, erkəklərdə isə sperma istehsalını pozur.

 

Hazırda Nyu-York şəhərində siçovulları yapışqan tələlər və tıxac tələləri, həmçinin dəm qazı ilə məhv edirlər. Dəm qazı gəmiriciləri öz yuvalarında yavaş-yavaş öldürür, buna görə də bəzi ekspertlər bunu ən humanist mübarizə vasitələrindən biri hesab edirlər.

 

İnci
 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...