Laçında “Mərkiz” futbol klubu fəaliyyətə başladı

Laçında “Mərkiz” futbol klubu fəaliyyətə başladı

Laçında yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, idman sahəsinə marağı və istedadı olanların aşkar edilməsi məqsədilə futbol klubu yaradılıb.

 

Sfera.az xəbər verir ki, “Mərkiz” adlı futbol klubunun növbəti ildən birinci liqada yarışlara qatılması planlaşdırılır.
 

Klub rəhbəri Elvin Salahov açıqlamasında bildirib: “Futbolun inkişafı üçün Laçında lazımı şərait yaradılıb və Bakı Abadlıq Xidməti MMC-tərəfindən müasir standartlara cavab verən şəkildə inşa olunan stadionda süni və təbii örtüklü meydançalar, məşqlərin tədrisi üçün lazımi idman vəsaitləri yer alır. Hazırda müxtəlif yaş qruplarından olan 50-yə yaxın yeniyetmə və gəncə futbolun sirləri öyrədilir, peşəkar məşqçilər tərəfindən dərslər tədris olunur. Qarşıdakı hədəf isə gələn ildən “Mərkiz” futbol klubu adı ilə Laçını birinci liqada təmsil etməkdir”.


Qeyd edək ki, yeni yaradılan futbol klubu öz adını Laçındakı Mərkiz dağından götürüb.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...