Təcili Zəng Mərkəzinə lazımsız zənglər: “Sobam xarabdır, qazanın qapağı açılmır”

Dünya
22:19 / 13.04.2024
2995
Ankara 112 Təcili Zəng Mərkəzində 150-yə yaxın personal çalışır. Mərkəz vətəndaşlardan gələn fövqəladə hallar barədə müraciətləri təcili tibbi yardıma və yol-nəqliyyat hadisələri ilə bağlı müvafiq qurumlara yönləndirilir
Sfera.az "Ntv"yə istinadən xəbər verir ki, 112 Təcili Zəng Mərkəzi Müdiri Erdem Qorqud təcili olmayan zəngləri də aldıqlarını söyləyib.
Zənglər arasında “Sobam xarab olub, gəlib, düzəldə bilərsiniz?”, “Qazanın qapağı açılmır, mənə kömək edə bilərsinizmi?” kimi müraciətlər, ya da avtobus saatlarını bilmək istəyənlər olub. O xahiş edib ki, vətəndaşlar bu məsələyə həssas yanaşsınlar və lazımsız yerə zəng etməsinlər.
Firuzə Əliyeva