Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi

Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi

Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a bildirilib.

 

Vurğulanıb ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.


OXŞAR XƏBƏRLƏR