İran hərbçiləri İsrail tankerini ələ keçirib: 20 nəfər girov götürüldü

İran hərbçiləri İsrail tankerini ələ keçirib: 20 nəfər girov götürüldü

Bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) donanması Portuqaliya bayrağı altında Fars körfəzinə doğru üzən MSC ARIES konteyner gəmisini ələ keçirib.

 

Sfera.az bildirir ki, bu barədə “Times of Israel” məlumat yayıb. İsrailli milyarderə məxsus tanker ələ keçirilib

İnternetdə yayılan videoya əsasən, israilli milyarder Eyal Ofer və onun “Zodiac Group” şirkəti ilə əlaqəli olan gəmidə 20 filippinli dənizçi girov götürülüb.

 

Hadisə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə (Fujairah) liman şəhərindən təxminən 50 dəniz mili şimal-şərqdə baş verib.

 

İnternetdə yayılan videoya əsasən, İran xüsusi təyinatlıları Mi-17 helikopterindən birbaşa paraşütsüz gəmiyə eniblər.

 

Videoda komandolar gəminin göyərtəsindəki konteyner yığınının üzərinə eniblər. Gəmi heyətindən birinin dənizçilərə “Çıxmayın” deməsi eşidilir.

 

Hələlik İran rəsmilərindən heç bir rəsmi şərh gəlməyib.

 

“Zodiac Group” da şərh verməkdən imtina edir.

 

MSC konteyner gəmisindən də dərhal cavab verilməyib. Gəmi, sonuncu dəfə Hörmüz boğazına gedərkən Dubay yaxınlığında əlaqə saxlayıb, sonra isə bu marşrutla hərəkət edən İsrail gəmilərinin adətən etdiyi kimi transponderini söndürüb.

 

Bölgədəki vəziyyət

 

Hadisə İran və Qərb, o cümlədən İsrail arasında gərginliyin kəskin şəkildə artması fonunda baş verib. Qeyd edək ki, Füceyrə sularında 2019-cu ildən bəri bir sıra partlayışlar və qaçırmalar baş verib.

 

BƏƏ-nin şərq sahilində yerləşən Füceyrə gəmilərin yeni neft yükləri götürə, təchizat ala və ya ekipaj dəyişdirə biləcəyi bölgənin əsas limanıdır.

 

İran və Oman arasında yerləşən Hörmüz boğazının eni 55 kilometrdir və dünyanın ən mühüm neft ixrac marşrutlarından biri hesab olunur. Birləşmiş Ştatlar mütəmadi olaraq İran donanmasını bu sularda və ona bitişik Oman körfəzində mülki naviqasiyaya mane olmaqda ittiham edir.

 

Xatırladaq ki, İsrailin Suriyadakı İran səfirliyinə endirdiyi, nəticədə iki briqada generalının həlak olmasından sonra Tehran İsraili cavab tədbirləri ilə hədələmişdi. Analitiklər qeyd edir ki, ölkələr hərbi eskalasiya ərəfəsindədir.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...