FETÖ-çü iş adamı həbsxanada öldü
Dünya
10:43 / 30.11.2016
1080
Türkiyədə keçirilən FETÖ əməliyyatı zamanı saxlanılan tanınmış iş adamı Ünal Takmaklı həbsxanada dünyasını dəyişib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ünal Takmalının infarkdan öldüyü bildirilir.
Qeyd edək ki, 77 yaşlı iş adamı dövlət çevrilişinə cəhddə şübhəli bilinərək 28 iyul tarixində qardaşı ilə birlikdə həbs olunub.
O, "Uğur Derin Dondurucu”nun rəhbəri olub.