Bələdiyyələr pulu daha çox nəyə xərcləyir? – STATİSTİKA

İqtisadiyyat
20:42 / 12.04.2024
12239
Azərbaycanda fəaliyyət göstərən 1 606 bələdiyyə (yerli özünüidarəetmə orqanı) ötən il 52 870 min manat xərcləyib.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu qədər vəsaitin 67 faizi, yəni 35 426 min manatı yerli özünüidarəetmə orqanlarının saxlanılmasına ayrılıb. Bu məbləğ son bir ildə 15,7 faiz artıb.
Yerli özünüidarəetmə orqanları bundan başqa mənzil və kommunal təsərrüfatına 5 072 min manat, iqtisadi fəaliyyətə 3 661 min manat, digər xərclərə 8 711 milyard manat xərcləyiblər.
Vasif