Çin defilyasiyaya gedir – idxal malları UCUZLAŞA BİLƏR

Çin defilyasiyaya gedir – idxal malları UCUZLAŞA BİLƏR

Çinin Milli Statistika Bürosu (UIB) 2024-cü ilin mart ayında qiymət artımları ilə bağlı məlumatı açıqlayıb. 

 

Sfera.az UIB-in məlumatlarına istinadən xəbər verir ki, ölkədə illik inflyasiya 0,1 faizə geriləyib, istehsalçı qiymətləri isə 2,8 azalıb. 

 

Mart ayında qiymətlərdəki durğunluq və istehsalçı qiymətlərində davam edən azalma ilə deflyasiya meyli davam edib. Proqnozlara görə vəziyyət dəyişməsə Çində növbəti aylarda illik inflyasiyanı defilyasiya əvəz edəcək. 

 

Çində fevralda qiymətlər 0,7 faiz artdığı halda martda bahalaşmanın 0,1 faiz olması da bunun əlamətidir. 

 

Ölkədə qiymət artımlarının zəifləməsinin başlıca səbəbi istehsalçı qiymət indeksinin mənfi mərhələyə keşməsidir. Çində 17 aydır ki, istehsalçı qiymətlərində eniş müşahidə edilir. 


Qeyd edək ki, istehsalçı qiymətlər dedikdə müəssisələrin təklif etdiyi qiymətlər nəzərdə tutulur. Analitiklər hesab edir ki, müəssisələrdə qiymətlərin aşağı düşməsinin səbəbi “qalıq istehsal gücü” ilə bağlıdır. 

 

Çində qiymətlərin ucuzlaşması Azərbaycanda da qeyri-istehlak mallarının dəyərinin azalmasına səbəb ola bilər. Çünki Azərbaycan idxal etdiyi sənaye məhsullarının önəmli hissəsini Çindən alır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...