“İran cənub və ya şimala hücum edəcək” - “Wall Street Journal”ın İDDİASI

“İran cənub və ya şimala hücum edəcək” - “Wall Street Journal”ın İDDİASI

ABŞ mediasının xəbərlərinə görə, İsrail iki gün ərzində İrandan birbaşa hücumun həyata keçiriləcəyinə hazırlaşır

 

Sfera.az bildirir ki, bununla bağlı məlumatı “Wall Street Journal” qəzeti ABŞ-də olan mənbələrə istinadən yazıb. 

 

Nəşr yazır ki, İsrail iki gün ərzində İrandan birbaşa hücumun olacağını gözləyir. “Wall Street Journal” qəzetinə danışan mənbə qeyd edib ki, gözlənilən hücum İrana məxsus olan Dəməşqdəki konsulluq binasına İsrailin hücumuna cavab xarakterli olacaq. 

 

Mənbə qeyd edib ki, Təl-Əviv İranın 24-48 saat ərzində İsrailin cənub və ya şimalına birbaşa hücuma keçməyinə hazırlıq görürü. İran rəhbərliyindən məlumat aldığı bildirilən ikinci mənbə isə hücum planlarının müzakirə edildiyini, amma yekun qərarın verilmədiyini bildirib: “Hücum planları dini liderin (Ayətullah Əli Xamenei-red.) önündədir və o, hələ də siyasi riski dəyərləndirir”. 

 

Xatırladaq ki, aprelin 1-də İranın Dəməşqdəki konsulluq binasına İsrail ordusu hava hücumu təşkil edib. Hücum nəticəsində 2-si general olmaqla İran İnqilab Keşikçiləri Ordusundan ümumilikdə 7 nəfər həlak olub. İran hücumun İsrail tərəfindən törədildiyini, hücumun qisasının alınacağını və hücuma görə ABŞ-nin də məsuliyyət daşıdığını bəyan edib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...