Neftin qiyməti bahalaşdı
09:12 / 30.11.2016
1162
Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verilir.
Belə ki, London birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti 0,95% artaraq bir barelə görə 46,82 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,69% bahalaşaraq 45,54 dollara satılıb.