"İqtisadi artım qeyri neft-qaz sektorundan asılı olacaq" – Millət vəkili

İqtisadi artım qeyri neft-qaz sektorunun hesabına təmin edilir. 


Sfera.az xəbər verir ki, bunu Azərbaycanın birinci rübə dair iqtisadi yekunlarını şərh edən zaman millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib.  


V.Bayramov qeyd edib ki, 2024-cü ilin birinci rübünün makro-iqtisadi yekunlarında 2 mühüm məqam diqqəti çəkir: 


“Birincisi, iqtisadi artım daha çox qeyri neft-qaz sektoru hesabına formalaşıb. Belə ki, qeyri-enerji sektorundakı 6,7 faizlik artım ÜDM-də 4 faiz artıma səbəb olub. İkincisi, nəticələr göstərir ki, neft-qaz sektoru stabilləşmə mərhələsinə qədəm qoya bilər. Uzun müddətdli azalmadan sonra enerji sektorunda 0,4 faiz artım qeydə alınıb”.


Millət vəkilinin fikrincə, birinci rübün nəticələri iki digər mühüm nəticəyə gəlməyə də əsas verir: “Qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların dərinləşməsi əhəmiyyətini daha da gücləndirib. Çünki artıq yeni mərhələdə ÜDM-nin artımı qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı olacaq. 


Digər tərəfdən, ÜDM ilə yanaşı ümumi ixrac və fiskal gəlirlərdə də qeyri-enerji sektorunun payının artırılması vacibdir. Praktik olaraq, iqtisadi artımda drayverə çevrilən qeyri neft-qaz sektoru digər makro-iqtisadi göstəricilərdə də xüsusi paya malik ola bilər. 


İkincisi, neft sektorunda yaranan dəyərə hasilat ilə yanaşı “qara qızılın” qiyməti birbaşa təsir göstərir. Bu da bu sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır”.


Vasif


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...