\"Liverpul\" 14 ay sonra doğma meydanda məğlub oldu

\

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Atalanta"nı qəbul edən İngiltərənin “Liverpul” klubu 14 ay sonra "Enfild" stadionunda məğlub olub.

 

Sfera.az xəbər verir ki, “doğma divarlar” arasında 0:3 hesabı ilə uduzan "mersisaydlılar"ın 1 il 2 aylıq məğlubiyyətisizlik seriyasına son qoyulub.

 

İngiltərə təmsilçisi buna qədər ardıcıl 34 oyunda məğlub olmamışdı.

 

Qeyd edək ki, Yurgen Kloppun yetirmələri sonuncu dəfə UEFA Çempionlar Liqasının 1/8 final mərəhləsində “Real”a uduzmuşdu.


OXŞAR XƏBƏRLƏR