“Fənərbağça”nın cəzası AÇIQLANDI

“Fənərbağça”nın cəzası AÇIQLANDI

Türkiyə Futbol Federasiyası aprelin 7-də Şanlıurfada “Qalatasaray”la oynanılan, lakin “Fənərbağça”nın ikinci dəqiqədə meydanı tərk etməsi ilə yadda qalan matça görə sonuncuya hansı cəzanın verilməsi ilə bağlı qərarını müəyyənləşdirib.

 

Sfera.az Haber Global-a istinadən xəbər verir ki, matçın yarımçıq qalması səbəbindən “Fənərbağça”ya 3:0 hesablı texniki məğlubiyyət verilib.

 

Komanda TFF-nin bir qədər sonra təyin edəcəyi təzminatla yanaşı, dörd milyon lirə cərimə də olunub.

 

Bununla yanaşı, “Fənərbağça” Klubu İdarə Heyətinin üzvü Ahmet Ketenci komandanı yarışdan kənarlaşdırmaqla idmana uyğun olmayan davranışına görə 60 günlük hüquqi məhrumiyyət və 520 min lirə cərimə edilib.


Eyni yarışmada meydanda baş verən hadisələrə, çirkin şüarlara görə “Qalatasaray”a 212 min lirə cərimə kəsildiyi bildirilib.

 


OXŞAR XƏBƏRLƏR