Bu yol 20 mindən artıq əhalinin gediş-gəlişini yaxşılaşdıracaq

Bu yol 20 mindən artıq əhalinin gediş-gəlişini yaxşılaşdıracaq

Prezident İlham Əliyevin aprelin 9-da Qəbələ rayonuna səfəri çərçivəsində açılışını etdiyi Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolu 20 mindən artıq əhalinin gediş-gəlişini yaxşılaşdıracaq.

 

Sfera.az xəbər verir ki, bu barədə “Report”a Avtomobil Yolları Dövlət Agentliyinin 10 saylı “Yol İstismar” MMC-nin mühəndisi Azər Mehralıyev məlumat verib.

 

Onun sözlərinə görə, bu avtomobil yolunun tikintisi əhatə etdiyi 15 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə turizmin və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.

 

 

"Dördüncü texniki dərəcəyə uyğun salınan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 41 kilometrdir. İnşaat işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, nişanlanma xətləri çəkilib. Yol üzərində bir körpü salınıb, 18 avtodayanacaq yaradılıb", - mühəndis qeyd edib.

 

A.Mehralıyev bildirib ki, əvvəllər əhalinin bu yolla gediş-gəlişi çətin şəraitdə olub:

 

"Yol əvvəllər çınqıl örtüklü idi. Prezidentin göstərişi ilə tikilmiş yol əhalinin rahat gediş-gəlişini təmin edəcək".

 

Bütün bunlar Prezident İlham Əliyevin ölkənin kompleks inkişafını diqqətdə saxlamasını göstərir. Təsadüfi deyil ki, dövlət başçısı həm işğaldan azad olunmuş ərazilərə, həm də ölkənin digər regionlarına daim səfərlər edir.


OXŞAR XƏBƏRLƏR

ABŞ-da müəmmalı şəkildə yoxa çıxıb: Partlayıcı peycerlər işi üzrə şübhəli qadın axtarılır

Norveç Təhlükəsizlik Polisi (PST) “Hizbullah” üzvləri üçün Livana partlayıcı peycerlərin tədarükü zəncirinin bir hissəsi ola biləcək Bolqarıstanın &...

2 aylıq uşağı pivə ilə dəyişmək istədilər

ABŞ-də cütlük iki aylıq körpəsini 6 butulka pivəyə satmağa çalışıb.   Sfera.az xəbər verir ki bu barədə "The Mirror" yazıb. Nəşrin məlumatına...

Qadını breketlərə görə təyyarəyə buraxmadılar: Ona nə olub? - FOTO

Özünü Maria Maqdalena adlandıran model qeyri-adi görünüşünə görə sərnişin təyyarəsinə minə bilməyib. O, hər yerdə qəzəbli şəkildə ədalət tələb edib. Sfera....

Dağıstanda bir günlük matəm elan edildi

28 sentyabr Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində həlak olanların xatirəsinə bir günlük matəm elan ediləcək. &nbs...

Ledi Qaqa qala gecəsinə nişanlısı ilə gəldi - FOTO

Amerikalı müğənni və aktrisa Ledi Qaqa nişanlısı Maykl Polanski ilə "Joker"in davam filminin qalasına qatılıb.   Sfera.az bildirir ki, London...

Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var

Bakının mərkəzinə yaxın məsafədə yerləşən evlər ucuz qiymətə kütləvi satılır.   Sfera.az-ın məlumatına görə, söhbət paytaxtın Səbail rayonunun Bayıl ...