Belarusdan Polşaya keçməyə cəhd: 220-dən çox mühacirin qarşısı alındı

Dünya
17:00 / 11.04.2024
19928
Belarusdan Polşaya daxil olmağa cəhd edən 220-dən çox qeyri-qanuni mühacir qrupunun qarşısı alınıb.
Sfera.az bildirir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi məlumat yayıb. Hadisənin dünən baş verdiyi bildirilib.
“Przeqlad sərhəd çayı vasitəsilə dövlət sərhədini qanunsuz keçməyə cəhd edilib. 220-dən çox əcnəbidən ibarət qrup Polşaya qanunsuz daxil olmağa çalışıb”,- məlumatda qeyd olunub.
Qurum həmçinin miqrantların çox aqressiv olduğunu da vurğulayıb: “Onlar Qərbi Avropaya yol açmaq üçün Sərhəd Mühafizəsi və Polşa Ordusunun patrullarına ağac budaqları və daşlar atırdılar. Hadisə zamanı taxta və mismardan hazırlanmış təhlükəli alət ələ keçirildi. Bu cəhdin qarşısı uğurla alındı. Miqrantlar Belarus ərazisinə doğru geri çəkildilər”.
Günay