Bürclər bu xüsusiyyətlərinə görə seçilirlər - Tanımaqda çətinlik çəkməmək üçün MÜTLƏQ OXUYUN!

Bürclər bu xüsusiyyətlərinə görə seçilirlər - Tanımaqda çətinlik çəkməmək üçün MÜTLƏQ OXUYUN!

Bir çoxları digər insanların diqqətini cəlb etməyi, mərkəzdə olmağı sevirlər. Astrologiyada bəzi bürclər müəyyən xüsusiyyətləri ilə seçilir. Bu, onları cəlbedici edir, yəni xüsusi nəsə etmələrinə ehtiyac qalmır.


Sfera.az bu dəfə bürclərin diqqət çəkən tərəfləri ilə bağlı məlumatı təqdim edir:


Qoç bürcü - Onlar həyatı döyüş meydanı kimi görürlər və hər savaşa hazır olduqlarına inanırlar. Qoç bürcü ilə mübarizə aparmaq insana bütün dünyanı qarşına almaq kimi hiss etdirir. Güclü tərəfləri digərlərini cəlb edir.

 

Buğa bürcü - Yeməyə düşkündürlər. Onlarla bir masanı bölüşmək maraqlıdır. Aldıqları həzzi qarşı tərəfə də rahatlıqla ötürə bilirlər. 

 

Əkizlər bürcü - Zəkalı insanlardır. Onlarla mübahisə bilgi yarışına bənzəyir. Yeni məlumatlar almağı sevənlər həm də əkizləri sevə bilərlər.

 

Xərçəng bürcü - Ailəsinə çox düşkün olurlar. Ona görə də əyləncə həyatları sıfıra bərabərdir. Buna baxmayaraq, sadiq və ailəsinə bağlı olmaları ilə diqqət çəkirlər.

 

Şir bürcü - Liderlik xüsusiyyəti ilə tanınırlar. Bu bürcün nümayəndələri ilə birlikdə olmaq sizi güclü hiss etdirə bilər. Sadəcə bir az diqqət kifayətdir.

 

Qız bürcü - Detallara fikir verirlər. Həmçinin onların bir yox, bir neçə planları olur. Çətin vəziyyətdən çıxmaq qabiliyyətləri hər kəs tərəfindən sevilir.

 

Tərəzi bürcü - Ədalətli olurlar, balansı qorumağı sevirlər. Qərar vermək onlar üçün çətin olsa da, problemlərin həll yollarını tapmaqda yaxşıdırlar. Bu da onların əsas diqqət çəkən tərəflərindən biridir.

 

Əqrəb bürcü - Onların ən diqqət çəkən xüsusiyyətləri sirli olmalarıdır. Əqrəb bürcünün nümayəndələrini kəşf etmək insanların xoşuna gələ bilər.

 

Oxatan bürcü - Ünsiyyətcildirlər, yeni insanlarla tanış olmağı, kəşf etməyi sevirlər. Həyatınıza əyləncə qata bilərlər.

 

Oğlaq bürcü - Həyatlarını işlərinə həsr edirlər desək, yanılmarıq. Onlarla istirahət planları qurmaq çox çətindir. Amma məsuliyyətli tərəfləri hər zaman cəzbedici olur.

 

Dolça bürcü - Hər zaman yenilikçi fikirləri ilə diqqət çəkirlər. Onlarla bir layihədə və ya işdə çalışmaq maraqlı ola bilər.

 

Balıqlar bürcü - Xəyalpərəstlikləri ilə tanınırlar. Bu da sizi fərqli dünyaya apara bilər. Onlarla həmsöhbət olmaq çoxlarının xoşuna gəlir.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.   ...

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Əfqanıstan Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kab...