\"Arsenal\" \"Milan\"ın hücumçusunu alacaq

\

"Milan"ın hücumçusu Rafael Leau karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sfera.az bildirir ki, "Arsenal" futbolçunu almaqda maraqlıdır. Belə ki, Londonlular Rafael Leaunun kluba cəlb edilməsi məsələsini prioritet hesab edirlər.

 

Qeyd olunur ki, baş məşqçi Mikel Arteta Portuqaliya millisinin futbolçusunun mümkün transferinin tərəfdarıdır.

 

Xatırladaq ki, bu mövsüm Leau bütün turnirlərdə 38 matçda iştirak edib, 12 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun bazar dəyəri 90 milyon avrodur. “Milan” isə A Seriyasının turnir cədvəlində ikinci yerdədir, Stefano Piolinin komandası 31 oyunda 68 xal toplayıb.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR