2005-dən bəri İLK OYUN: "Liverpul" - "Betis"

İdman
11:48 / 10.04.2024
3378
"Liverpul"un rəsmi saytı ABŞ-də mövsüm öncəsi yay turu çərçivəsində İspaniyanın "Betis" klubu ilə yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb.
Sfera.az bildirir ki, görüş iyulun 26-da Pitsburqda baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl 23 noyabr 2005-ci ildə Çempionlar Liqasının qrup mərhələsində "Liverpul" və "Betis" komandaları üz-üzə gəlib, görüş qolsuz bərabərliklə yekunlaşıb.
Həmçinin ABŞ-yə səfəri zamanı “Liverpul” Londonun “Arsenal” (31 iyul, Filadelfiya, Pensilvaniya) və “Mançester Yunayted” (3 avqust, Kolumbiya, Cənubi Karolina) klubları ilə yoldaşlıq oyunları keçirəcək.
Fatimə Lətif