Yaşayan Nostradamus günəş tutulmasının xərçəngi sağaldacağını iddia edir

Yaşayan Nostradamus günəş tutulmasının xərçəngi sağaldacağını iddia edir

Braziliyalı ekstrasens Athos Salome son günlərdə baş verən Günəş tutulmasının təsirləri ilə bağlı şok açıqlamalar verib.

 

Sfera.az bildirir ki, Athos Salome Günəş tutulması hadisəsinin elmi araşdırmalara, o cümlədən xərçəng müalicəsinin ixtirasına yol açacağını iddia edir. 

 

Aprelin 8-də ABŞ, Meksika və Kanadada milyonlarla insan tam Günəş tutulmasının şahidi olub. Bu bəzilərinin xoşuna gəlməyib. Bir çoxları gözlərinin sözün əsl mənasında "qaynadığını" bildirib. 


Qeyd edək ki, tam tutulma zamanı Ay birbaşa Günəşin qarşısında sürüşərək onu tamamilə örtür. Bu səma hadisəsi dörd dəqiqə 28 saniyəyə qədər davam edə bilər. Sui-qəsd nəzəriyyəçilərinin ən çox sevdiyi hadisə Günəş tutulmasıdır. Ekstrasens Athos Salome də öz fikrini bölüşüb.

 

Athos Salome səma hadisəsinin elmə və alimlərə kömək edəcəyini düşünür. 

 

Qeyd edək ki, ekstrasens Athos Salome proqnozları ilə məşhurdur. Onlardan bir çoxu gerçəkləşib. Athos psixi qabiliyyətləri sayəsində kraliça II Elizabetin ölümünü və Elon Maskın “Twitter”i satın almasını asanlıqla proqnozlaşdıra bilib. İndi isə o, Günəş tutulmasının nəticələri barədə proqnozlarını paylaşıb.

 

Salome hesab edir ki, kvant hesablamaları müxtəlif sahələrdə, xüsusən də məlumatların işlənməsi, elmi tədqiqatlar, yeni materialların və dərmanların hazırlanmasına inqilabi təsir göstərə bilər.


"Bu irəliləyişlər xərçəng, neyrodegenerativ xəstəliklər, viral infeksiyalar, genetik xəstəliklər və antibiotiklərə qarşı müqavimət kimi xəstəliklərin müalicəsini də dəyişə bilər" - deyə ekstrasens bildirib.

 

Athos Salome Braziliyada anadan olub.

 

Athos Salome parapsixologiya dünyasının aparıcı mütəxəssisidir. O, paranormal tədqiqatçı və analitik kimi on ildən artıq təcrübəyə, həmçinin parapsixologiya sahəsində peşəkar təlimə malikdir.

 

Salome Braziliyada tanınan ən gənc paranormal tədqiqatçıdır. O, bir neçə dəqiq proqnoz verdikdən sonra bütün dünyada diqqət mərkəzinə düşüb. Onlardan biri onun 2020-ci ildə COVID-19 pandemiyasının baş verməsi ilə bağlı məşhur proqnozudur.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...